5 Avqust 2014 19:50
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.


APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.

Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.

Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.


Müəllif: