5 Avqust 2014 22:59
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni katalikosu İkinci Gargen avqustun 5-də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə Allahşükür Paşazadəyə məktub göndərib.

Məktubda Şeyxdən atəşkəs rejiminin bərpası və qorunması üçün Azərbaycan respublikasının prezidentinə təsir göstərilməsi istənilib.

Məktubda deyilir ki, ən qiymətli amil insan faktorudur. Bu səbəbdən də gənclərin həyatlarının qorunması hər şeydən üstün tutulur. Erməni katalikos Şeyxdən danışıqlar prosesinin davam etdirilməsi və əvvəlcədən müəyyənləşdirilmiş formatın qorunmasını istəyib.

Bundan başqa, müraciətdə deyilir ki, Moskva Patriarxlığının rəhbəri İlyanın iştirakı ilə din adamlarının formatından da istifadə olunmasi əhəmiyyətli olardı./axar/


Müəllif: