6 Avqust 2014 10:04

İraqda İraq Şam İslam Dövlətindən (İŞİD) qaçan minlərlə yezidi kürdün müqəddəs məbədlərin yerləşdiyi Duhoktaki Laleşe sığındıqları bildirilib. Yezidilərin ruhani lideri kimi gördükləri Baba Şeyx “Anadolu” Agentliyinin müxbirinə verdiyi açıqlamada, İŞİD-in yezidilərə “ya müsəlman olun, ya da ölün” şəklində təhdid etdiyini söyləyib

Türkiyə KİV-nə istinadən xəbər verir ki, yezidilər hər il aprel ayında inanclarına görə, Həcc niyyətinə gəldikləri Şeğan (Şexan) rayonundakı Laleş məbədinə bu dəfə canlarını qorumaq üçün sığınıblar. Mosulun Sincar (Şengal) rayonu və ətrafındakı nahiyə və kəndlərdən qaçan yezidilər Şexandaki dağlarla əhatə olunan Laleşe qaçırlar. Min nəfərlik yezidi ailə Laleşin müqəddəsliyi və Duhoka yaxın olması səbəbindən bölgəyə gəlib.

Yezidi fəal Narın Şemo 30 min yezidi ailəsinin Sincar dağında əlacsız qaldığını söyləyib. 45 uşağın susuzluqdan həyatını itirdiyini vurğulayan Şemo qaçırılan 50 qadının da Telafer hava limanında saxlanıldığını bildirib. Şemo bu qadınların İŞİD yaraqlılarına cihad nikahı ilə xanım ediləcəyini də iddia edib.

Yezidilər daha çox İraqın Mosul və Duhok rayon sərhədlərində yaşayırlar. İraqdakı saylarının 500 min olduğu bildirilir. Son dövrdə İraqdakı yezidilərin bir qismi müxtəlif hücumlar səbəbindən Avropa ölkələrinə miqrasiya ediblər.

Modern.az


Müəllif:
Загрузка...