6 Avqust 2014 11:03

Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan-Ermənistan təmas xəttində olublar

Nazirlər Tovuz rayonu ilə həmsərhəd olan Çinari, Ayqedzor və Arçvaberd kəndlərindəki erməni hərbçilərinin döyüş postlarında olublar.

Bundan başqa, onlar sərhədyanı kəndlərin sakinləri ilə də görüş keçiriblər. Kənd sakinləri cəbhədəki vəziyyətin gərgin olması səbəbindən həyatlarının çətinləşdiyini bildiriblər. Onlar baş nazir Ovik Abramyandan qaz, elektrik enerjisinə görə güzəştlərin olunmasını, kənd sakinlərinin şəhər universitetlərində pulsuz təhsil almalarını, müdafiə naziri Seyran Ohanyandan isə təhlükəsizliklərinin təmin olunmasını tələb ediblər.

Erməni nazirləri isə bu tələblərlə razı olduqlarını bildiriblər.

modern.az





Müəllif:
Загрузка...