6 Avqust 2014 11:32
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə səhhətindəki problemlə əlaqədar Almaniyada əməliyyat olunaraq Bakıya qayıdıb

R. Rəsulzadənin verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı uğurlu keçib: “Xəstəliyin xüsusiyyətləri ilə bağlı xırdalığa varmaq istəməzdim, amma əsas odur ki, əməliyyat uğurla başa çatdı. Həkimlər dedilər ki, nə yaxşı vaxtında tədbir görülüb, əməliyyat gecikməyib. Hətta bir neçə gün belə geciksəydi, nəticə çox pis ola bilərdi. Fürsətdən istifadə edib, prezidentə bir daha öz təşəkkürümü bildirirəm ki, mənimlə bağlı məsələyə diqqətli və həssas yanaşdı”.

R. Rəsulzadə əlavə edib ki, bundan sonra ildə iki dəfə müayinə olunmalıdır: “Səhhətimdən, sağlamlıq durumumdan asılı olaraq müayinələrin Bakıda, yaxud Almaniyada olacağına gələcəkdə qərar veriləcək”.

Qeyd edək ki, iyul ayında prezident İlham Əliyevin göstərişi ilə R. Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyanın “Şarite” hospitalına göndərilmişdi. O, ağır xəstəlikdən əziyyət çəkir.

/apa/


Müəllif: