6 Avqust 2014 11:43
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün azərbaycanlı jurnalist Anar Bayramoğlunun 5 yaşlı qızı Cavidan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Bədbəxt hadisə ötən gün axşam saatlarında baş verib. Hadisə vaxtı Anar Bayramoğlu işdə olub.

Xanımı və qızı isə evdə olublar. Evdə öz işləri ilə məşğul olan ananın bir anlıq diqqətini qızından çəkməsi faciə ilə bitib.

Masazır qəsəbəsi, Gənclər şəhərciyində yaşayan ailənin mənzili binanın 6-cı mərtəbəsindədir. Evdə oynayan Cavidan mətbəxin pəncərəsindən düşüb.

İlk olaraq Xırdalan xəstəxanasına aparılan uşaq sonradan 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Ancaq uşaq yolda dünyasını dəyişib.

Ana şok vəziyyətində olduğundan ona uşağın öldüyü barədə xəbər verməyiblər. Daha sonra uşağın cənazəsini götürərək Qazax rayonuna yola düşüblər.

Balaca Cavidan orada dəfn olunacaq.

/milli.az/


Müəllif: