6 Avqust 2014 13:08
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağdamda döyüş getməyib

Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir”.


Qeyd edək ki, bu gün bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb.

/APA/


Müəllif: