12 Fevral 2018 12:00
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk ordusu səhərə yaxın Hacı İsgəndər və Sərincək kəndlərini azad edib.

Bununla da Afrinin mərkəzinə gedən yolda yerləşən ən önəmli strateji nöqtə olan Cindərəsə 3 kilometr qalıb.

Qeyd edək ki, TSQ əməliyyatlar başladığı gündən bu yana 50 məntəqəni terrorçulardan azad edib.


Müəllif: Samir