6 Avqust 2014 14:45

Erməni separatçılarının hücum aviasiyası Azərbaycan SQ ilə təmas xəttində uçuşlar həyata keçirir

Bu barədə "news.am" saytı xəbər verir.

Tanınmamış "DQR"-in "Müdafiə Nazirliyi" bəyan edib ki, uçuşlar yaranmış operativ vəziyyətlə bağlı həyata keçirilir.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də, bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.


Müəllif:
Загрузка...