12 Fevral 2018 22:28
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi 2019-cu ilin büdcə layihəsində Suriyada Sərhəd Təhlükəsizliyi Xidməti kimi qələmə verilən PYD/PKK terror təşkilatına 550 milyon dollar vəsait nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, vəsaitlər təlimlərin keçirilməsi və sərhəd xətlərinin qurulmasına xərclənəcək. ABŞ xarici işlər naziri Reks Tillersonun Türkiyəyə səfəri ərəfəsində PYD-yə maliyyə yardımının büdcə layihəsinə salınması keçiriləcək görüşlərin gərgin olacağını düşünməyə əsas verir.

Qeyd edək ki, ABŞ-ın Suriyada Sərhəd Təhlükəsizliyi Xidmətinə verdiyi silahlar dinc insanların öldürülməsində, Türkiyəyə qarşı döyüşlərdə istifadə olunur.


Müəllif: Ayxan