12 Fevral 22:13

Bu gün axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Putin Moskvada Fələstin lideri Mahmud Abbasla keçirilən görüşdən öncə məlumat verib:

“Az öncə Birləşmiş Ştatların prezidenti cənab Trampla telefon danışığımız oldu. Əlbəttə, biz Fələstin-İsrail münasibətlərinin nizama salınması haqda danışdıq. Onun adından sizin ünvanınıza ən xoş arzuları çatdırmaq istəyirəm”.


Müəllif: Kəmalə
Загрузка...