13 Fevral 12:40
879

Türkiyə Silahlı Qüvvələri Afrinə yeni hərbi qüvvə göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Afrinə göndərilən yeni ordu Sualtı Döyüş Qrup Komandanlığı, Sualtı Mühafizə Qrup Komandanlığı əsgərləri və “Timsahlar” adlandırılan dəniz piyadalarından ibarətdir.

Qrup artıq Suriya sərhədlərini keçib. Məlumata görə, onlar buna qədər Əl-Bab və Cerablus əməliyyatlarında uğurla iştirak edib.


Müəllif: Samir