13 Fevral 2018 14:06
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Reks Tillersonun Yaxın Şərq turu başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, ilk səfərini İordaniyaya edib.

Paytaxt Ammanda jurnalistlər qarşısına çıxan Tillerson Türkiyənin Afrindəki əməliyyatları ilə bağlı sualı cavablandırıb:
“Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının fərqindəyik. Biz də Şimali Suriyadakı vəziyyətdən çox narahatıq. Suriyada böyük əməliyyatların başa çatması İŞİD terror təşkilatının tamamilə məhv olması demək deyil. ABŞ Suriyada terrorçulardan azad edilmiş bölgələr üçün 200 milyon dollar ayırıb”.

Səfər zamanı Tillersonun Mufakkat Salti hərbi bazasına baş çəkməsi gözlənilir. ABŞ bu bazanın inşası üçün 300 milyon dollar ayırıb. Bu bazanın Türkiyənin İncirlik hərbi bazasına alternativ olduğu iddia edilir.

Qeyd edək ki, Tillerson İordaniyadan sonra Türkiyəyə gələcək.


Müəllif: Samir