13 Fevral 2018 20:44
3 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsədin göstərişilə İdlibə getmələri üçün dəhliz verilən İŞİD yaraqlıları müxalif qüvvələr tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, 12 müxalif qrup dəhlizlə gedən İŞİD-çiləri mühasirəyə alıb. Atışma zamanı 100-dən çox İŞİD-çi öldürülüb, 400 nəfər əsir götürülüb.

Silahlı müxalifətin nümayəndəsi Naci Ebu Huzeyfə bildirib ki, Bəşər Əsəd İŞİD üzvlərini müxaliflərin nəzarətindəki bölgələrə göndərməklə onların gücünü zəiflətmək istəyir: "İŞİD-ə qarşı keçirdiyimiz əməliyyat zamanı 400 terrorçunu girov götürdük. Bölgədə İŞİD-in sıraları seyrəlməkdədir. Bəşər Əsəd bizim İŞİD üzərindəki qələbəmizdən məmnun deyil".


Müəllif: Ayxan