15 Fevral 2018 14:15
5 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Prezident Bəşər Əsəd rejiminin tərəfində döyüşən İranın dəstəklədiyi qruplar Deyr əz-zorda PKK terror təşkilatının nəzarətində olan enerji sahələrini ələ keçirmək üçün səylərini davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, PKK-çılar İranın dəstəklədiyi qüvvələrə sərt formada qarşılıq verib. Bu zaman ABŞ-ın rəhbərlik etdiyi koalisiya Əsədin nəzarətindəki bölgələri bombardman edib.

Məlumatlara görə, İran gücləri Koniko qaz sahəsinin ətrafını raketlərlə atəşə tutublar. PKK terrorçuları isə ABŞ qırıcıları ilə birlikdə İran qüvvələrinin olduğu Haşşam Mırat və Salihiya bölgələrini bombardman ediblər.


Müəllif: Samir