15 Fevral 2018 23:44
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Afrində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı zamanı bu gün 7 türk əsgəri yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TSQ-nın yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, gün ərzində 2 dəfə ayrı-ayrılıqda silahlı qarşıdurma olub. Səhər saatlarında Harab Summak kəndi terrorçulardan təmizlənib. Günorta isə Duraklı, Karri, Şərbanlı, Şədya və Divan Fəvqani kəndləri azad olunub.


Müəllif: Kəmalə