16 Fevral 2018 00:14
2 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ YPG-yə silah göndərməkdə davam edir. Birləşmiş Ştatlar Türkiyəyə qarşı təxribat edərək Suriyadakı kürdlərə ağır texnikadan ibarət konvoy göndərir.

Teleqraf.com "Ria.ru"ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Reks Tillersonun Livanda ABŞ-ın YPG-yə silah vermədiyinə dair açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ İraq torpaqları üzərindən YPG-yə yeni silah konvoyları göndərib: “Buna cavab olaraq Türkiyə “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrində YPG-yə qarşı hərbi əməliyyatları davam etdirib”.

Mariya Zaxarova amerikalı əsgərlərin Deyrizorda təşkil etdikləri havadan hücum zamanı 40 rus əsgərinin öldüyünə dair iddialara da cavab verib. O, koalisiyanın hücumu nəticəsində hərbçilərin deyil, 5 mülki Rusiya vətəndaşının həlak olduğunu bildirib.

XİN sözçüsü bu cür informasiya tirajlayanları qəsdən yanlış məlumat yaymaqda suçlayıb.


Müəllif: Kəmalə