16 Fevral 2018 09:38
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkelin birgə mətbuat konfransında təxribat törədənin kimliyi məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, həmin şəxsin adı Armanc Agid Nerveyidir.

Onun PKK terror təşkilatının üzvü olduğu açıqlanıb. Nerveyin içəri necə daxil olduğu araşdırılır.

Qeyd edək ki, konfrans zamanı PKK terror təşkilatının tərəfdarı Afrində guya Türkiyənin dinc sakinlərə qarşı sərt davrandığını göstərən şəkillər nümayiş etdirib. Binəli Yıldırımın cavabı belə olub:

“Onlar başqa hadisələrin şəkilləridir. Təxribat törətmə. Afrində nəyin baş verdiyini bilmək istəyirsənsə, ora gəl. Orada həqiqəti görərsən”.


Müəllif: Samir