16 Fevral 2018 22:42
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın Afrin bölgəsi ilə yanaşı ölkə daxilində də anti-terror əməliyyatlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu gün Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 3 terrorçu məhv edilib.

Öldürülən terrorçular bunlardır. Terrorçuların bölgə lideri “Fərhad” ləqəbli Yaqub Salğın, “Demhat” ləqəbli Hozan Akdoğan və “Tekoşer” ləqəbli Adəm Yüksəl.

Aşkar edilən sığınacaqlarda terrorçulara aid kitab, qeyd dəftərçəsi, geyim və qida əşyaları müsadirə edilib.

Əməliyyatlar davam etdirilir.


Müəllif: Ayxan