17 Fevral 2018 16:05
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə bağlı güclər YPG/PYD-nin nəzarətində olan Afrinə daxil olub.

Teleqraf.com-un məlumatına görə, bu iddia ilə Livanın "Əl-Mayadeen" televiziyası çıxış edib.

Televiziya Afrinə gələn hərbi birliyin müşahidə missiyası daşıdığını deyib. Bundan sonra şəhərə hərbi qüvvə yeridiləcəyi bildirilir.

Bir müddət əvvəl Əsəd rejimi ilə PKK arasında razılıq əldə olunduğu xəbəri yayılmış, daha sonra təkzib olunmuşdu.


Müəllif: Mahir