18 Fevral 2018 15:04
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, başsağlığında deyilir:

"Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"


Müəllif: Teleqraf.com