19 Fevral 2018 00:58
3 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Afrində “Zeytun budağı” əməliyyatına başlayan Azad Suriya Ordusu terrorçulardan təmizlənən kəndlərdən birində tutulan PYD/PKK üzvü olan silahlıya hümansit yanaşması ilə diqqət çəkib.

Teleqraf.com "sondakika.com"a istinadla xəbər verir ki, susuzluqdan halsızlaşan və əl-üzü palçığa bulaşan terrorçuya Azad Suriya Ordusunun zabiti su verərək insanlıq dərsi nümayiş etdirib.

Əl-üzünü yuyandan sonra terrorçu qadın əsgərin verdiyi sudan içib. Hadisə ilə bağlı görüntü sosial mediada böyük marağa səbəb olub.

Müəllif: Kəmalə