20 Fevral 2018 15:04
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” hərəkatına geniş yer verib:
“32-ci gününü yaşadığımız Afrin əməliyyatlarında 1715 terrorçunu məhv etdik. 32 şəhidimiz var. Elə görünə bilər ki, TSQ ləng irəliləyir, ancaq məsələ ondadır ki, biz ora qarşımıza çıxanları dağıdıb keçmək üçün getməmişik. Addım atdığımız hər yerdə təhlükəsizliyi bərpa etməyə çalışırıq. Qarşımızdakı günlərdə Afrinin şəhər mərkəzinə hücum edəcəyik. Bununla da şəhərə və bölgəyə xaricdən gələn yardımın qarşısını alacağıq”.

Türkiyə prezidenti İdlib və Menbiçdə də eyni addımları atacağını bildirib.


Müəllif: Samir