20 Fevral 2018 16:42
4 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:51

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatını uğurla davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gün ərzində Afrində Zeytunə, Hayyam, Surian, Çarkanlı, Mervanə, Alpaviran və Heygecə kəndləri azad edilib.

Bununla da Azez ilə Şeyx Horoz arasındakı yol türk ordusunun əlinə keçib.

Əməliyyat başlandığı gündən bu yana 59-u kənd olmaqla 87 məntəqə terrorçulardan təmizlənib.

***

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatı çərçivəsində daha bir kəndi azad edib.

Məlumatlara görə, Dayr Savvan gün ərzində azad edilən sayca 8-ci kənd olub.

Bununla da PKK terrorçularının Türkiyənin Kilis bölgəsi ilə əlaqəsi tamamilə kəsilib.


Müəllif: Samir