20 Fevral 2018 23:14
3 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Əsəd ordusuna bağlı qüvvələrin 10-a yaxın "Pikap"la Afrinə doğru hərəkət etdiyi müəyyən olunub. Top atəşinə tutulandan sonra geri çəkiliblər. Bu məsələ hələlik qapanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan makedoniyalı həmkarı Georgi İvanovla keçirdiyi mətbuat konfransında Bəşər Əsədə məxsus hərbi qüvvənin Afrinə daxil olmaq cəhdinə münasibət bildirərkən qeyd edib.

Ərdoğan qeyd edib ki, ötən gün Afrindəki durumu İran və rusiyalı həmkarları ilə müzakirə edib: "Təəssüflər olsun ki, bu cür terror təşkilatları verdikləri qərarlarla yanlış addımlar atırlar. Bunlara fürsət verməyimiz mümkün deyil. Cəzasını çox ağır şəkildə ödəyirlər".


Müəllif: Ayxan