20 Fevral 2018 15:00
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Xüsusi Qüvvələr Komandanlığını ələ keçirmək istəyən qiyamçı general Səmih Tərzini vuraraq qiyamın yönünü dəyişən zabit Ömər Halisdəmirin şəhid edilməsi faktı ilə bağlı Ankara Ağır Cinayətlər Məhkəməsində proses keçirilib.

Teleqraf.com xəbər verir ki, qiyam gecəsi təhlükəsizlik kameralarından əldə edilən görüntülər məhkəmədə nümayiş etdirilib. Görüntülərdə şəhid zabit Halisdəmirə “qiyamçı general Səmih Tərzini vur” əmrini verən və “Bunun sonunda şəhidlik var” xəbərdarlığı edən general-leytenant Aqsakallının qiyamın yatırılmasının ardından Xüsusi Qüvvələr Komandanlığına gəldiyi əksini tapıb.

Həmçinin, görüntülərdə 16 iyul 2016-cı ildə Xüsusi Qüvvələr Komandanlığının qərargahına avtomobili ilə gələn general Aqsakallının qiyamçıları məhv edən əsgərləri qucaqladığı ortaya çıxıb. Daha sonra qərargah binasına daoğru hərəkət edən general qəfil dayanır və qiyamçılar tərəfindən şəhid edilən zabit Halisdəmirin cəsədinin olduğu istiqamətə gedir. Zabitin nəşi önündə diz çökən general Aqsakallı cəsədin üzərinə atılan örtüyü açır və onun alnından öpür.

Yeri gəlmişkən qeyd edək ki, generalın Ankara Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadə də ortaya çıxıb. General ifadəsində qeyd edib ki, indiyə qədər Ömər Halisdəmirlə 8 dəfə görüşüb. “Qiyamçı general Səmih Tərzinin qərargaha gələcəyini öyrəndiyimizdən onun xain olduğu və qərargahı ələ keçirmək istədiyini bilirdik. Bu səbəbdən də Halisdəmirə Tərzinin xain və qiyamçı olduğunu dedim və onun öldürülməsini əmr etdim. Halisdəmirə bunun ardınca şəhadətin olacağını da söylədim və haqqını halal etməsini istədim. O, da “halal olsun, Komandanım” cavabını verdi. Hadisənin səhərisi qərargaha getdiyim zaman Ömər Halisdəmir şəhid edilmişdi, cansız bədəni yerdə idi. Şəhidin cəsədi üzərində olan örtüyü qaldırıb alnından öpdüm və Türk Silahlı Qüvvələrində belə əsgərlərin olması ilə fəxr etdim”,-deyə general Aqsakallı ifadəsində qeyd edib.


Müəllif: Cavad