21 Fevral 2018 15:00
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər naziri Jan Yves Le Drian Afrin və Suriya ilə bağlı görüşlər keçirmək üçün Rusiya və İrana səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Drian özü məlumat verib.

O bildirib ki, səfər Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə həyata keçiriləcək.

Məlumatlara görə, fransalı nazirin səfəri gələn həftə baş tutacaq.


Müəllif: Samir