21 Fevral 2018 17:20
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd rejimi kürdlərlə dialoqa başlamalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Suriyadakı kürdlərin muxtariyyət açıqlaması münaqişənin həllinə töhfə verməyib:

“ABŞ və beynəlxalq koalisiyanın kürdlərin muxtariyyətinə dəstək vermək və Dəməşqdən ayrı quruluş yaratmaq istəyi də Suriya münaqişəsini gərginləşdirən addımlardandır”.


Müəllif: Samir