22 Fevral 2018 20:27
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1829-a çatıb.

Teleqraf.com TRT-yə istinadən xəbər verir ki, gün ərzində 49 terrorçu məhv edilib.

Bundan başqa, Tell Dilur, Mikdad, Əli Racu, Sarı Uşağı və Rəhmanlı kəndləri də azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 20-si strateji yüksəklik, 68-i kənd olmaqla ümumilikdə 96 məntəqə terrorçulardan təmizlənib.


Müəllif: Teleqraf.com