22 Fevral 2018 21:29
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində daha 8 kəndi terrorçulardan azad ediblər.

Teleqraf.com xəbər verir ki, Afrinin Zəhra, Aşağı Korqan, Yuxarı Korqan, Tell Dilur, Mikdad, Ali Racu, Sarı Uşağı və Rahmanlı kəndləri ordu qüvvələrinin əlinə keçib.

Bu günə qədər keçirilən əməliyyat zamanı terrorçulardan təmizlənən kəndlərin sayı 71-ə çatıb.


Müəllif: Ayxan