22 Fevral 2018 22:44
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin müvafiq qətnaməsi və ya Srebrenitsa hadisələrində olduğu kimi beynəlxalq məhkəmənin qərarı olarsa, Hollandiya hökuməti 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Hollandiya xarici işlər nazirinin müavini Siqrid Kaaq Hollandiya parlamentinin 1915-ci il hadisəsini soyqırımı kimi qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Hollandiya hökuməti tərəfindən 1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları öyrənilməlidir: “Soyqırımının tanınmasında beynəlxalq məhkəmələrin müddəaları, BMT-nin elmi araşdırmaları və onların nəticələri Hollandiya hökuməti üçün istiqamət verir. Hökumət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Soyqırımların qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyaya uyğun fəaliyyət göstərir”.

Siqrid Kaaq hesab edir ki, Türkiyə və Ermənistan birgə çalışmalı, uzlaşma üçün birgə addım atmalı və baş verənləri ortaya qoymalıdır.


Müəllif: Kəmalə