23 Fevral 2018 00:13
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyada atəşkəsə dair BMT Təhlükəsizlik Şurasının layihəsini qiymətləndirməyə hazırdır. Lakin atəşkəs İŞİD, Nüsra cəbhəsi və onlarla əməkdaşlıq edən qruplara şamil edilməməlidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Atəşkəs çağırışına qarşı çıxmağı çətin olduğunu vurğulayan Lavrov atəşkəsin mülki şəxslərə yardım imkanı yaratdığını bildirib.

Lavrov rəsmi Moskvanın Nüsra cəbhəsinə Şərqi Qutanı tərk etmək barədə təklif irəli sürdüyünü, lakin qarşı tərəfindən rədd cavabı aldıqlarını xatırladıb.

Rusiyalı nazirin fikrincə, BMT Təhlükəsizlik Şurasının layihəsinin məqsədi hər şeyə görə Dəməşq rəhbərliyini məsul göstərməkdir.


Müəllif: Kəmalə