7 Avqust 2014 10:50
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ABŞ-lı aktrisa Merilin Berns dünyasını dəyişib

ABŞ-ın 1974-cü il istehsalı olan “Texas qətliamı və ya Zəncirli mişarla Texas qətliamı” (ing. The Texas Chain Saw Massacre) filmində oynadığı rolla şöhrət qazanan aktrisa Merilin Berns kinosevərləri dərin hüznə qərq edib.

Aktrisanın meneceri Cris Rou 65 yaşlı Bernsin Hyustondakı evində yaxınlarından biri tərəfindən ölü olaraq aşkar edildiyini bildirib. Kino ulduzunun ölüm səbəbə hələ ki, məlum deyil.

Qeyd edək ki, Merilin Berns 1950-ci il iyulun 5-də Pensilvaniya ştatında dünyaya göz açmışdı.

/anspress/


Müəllif: