7 Avqust 2014 13:14
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb.


Prezident İ. Əliyev ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını deyib.


Latviyanın müdafiə naziri R. Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirib.

O, Latviyanın Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd edib.

/APA/


Müəllif: