7 Avqust 2014 13:58
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Hirkan Milli Parkında güclü yanğın başlayıb

Yanğın güclü olduğundan ora çoxsaylı yanğınsöndürən, xilasedici cəlb olunub.

Hadisə yerinə Lənkəran, Liman, Astara rayonlarından 7 yanğınsöndürən göndərilib. Lakin yanğının miqyasını və güclü olmasını nəzərə alaraq, Biləsuvar və Cəlilabad rayonlarından da əlavə yanğınsöndürən qüvvə vəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində çalışılır.

Qeyde dək ki, adıçəkilən parkda ötən ayda yanğın baş verib. Yanğının qarşısını almaq üçün yanğınsöndürənlər bir necə gün işləməli olublar.

/anspress/


Müəllif: