7 Avqust 2014 14:16
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi Beynəlxalq Əməkdaşlıq Departamentinin başçısı Rəşid İsmayılov bu gün nazir müavini təyin edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın informasiya texnologiyaları sektoru bu gündən etibarən soydaşımızın kurasiyasına verilib.

R.İsmayılov 1965-ci ildə Bakıda anadan olub. O, 2013-cü ilin yanvarından etibarən Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyirdi. Buna qədər isə R.İsmayılov “Huawei Technologies”, “Nokia Siemens Networks” və “Ericsson” şirkətlərində aparıcı vəzifələrdə çalışıb.

Ülviyyə


Müəllif: