26 Aprel 2014 12:18
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Əkbər Əlizadə qeyri-rəsmi nikahdan dünyaya gələn qızını fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə verib. Bu barədə “Axar.az”a etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, aparıcının qızı Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində qalır. Bura xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı müəssisədir.

Mənbə bildirir ki, uşaqların daimi olaraq yaşadığı və qida, geyim, lazımi tibbi xidmətlərlə təmin olunduğu müəssisəyə teleaparıcı vaxtaşırı baş çəkir: “Əkbər Əlizadə ara-sıra qızını görməyə də gəlir. İnternat evində tez-tez çəkilişlər də olur. Ancaq bu çəkilişlərdə Əkbər Əlizadənin qızını gizlədirlər. Uşağın efirdə görünməsinə, kameraya düşməsinə icazə vermirlər”.

Məlumata görə, internat evinə verilən qızdan aparıcının ailəsi bixəbərdir.


Müəllif: