7 Avqust 2014 14:39
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada azərbaycanlı gənc göldə boğulub

Yaxınlarının verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.

Azərbaycanın Şirvan şəhərindən olan, 1995-ci il təvəllüdlü Murad Heydərli Sankt-Peterburq şəhərində göldə çimərkən boğularaq ölüb.

Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.

Yaxınlarının dediyinə görə, M. Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.

M. Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.

/APA/


Müəllif: