26 Aprel 2014 12:38
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 13-17 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 27-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.


Müəllif: Teleqraf.com