11 Mart 2018 17:28
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində əməliyyatları uğurla davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında Afrinin mərkəzinə çatan məhmətciyin yeni hərəkət planı bəlli olub.

Məlumatlara görə, türk ordusu Afrində mahal əməliyyatlarına dərhal başlamayacaq. TSQ Cinderesdə tətbiq etdiyi planı Afrində də davam etdirəcək.

Əvvəlcə Afrinin mərkəzi hər tərəfdən bombardman ediləcək. Daha sonra dinc sakinlərin bölgəni tərk etməsi üçün koridor açılacaq. Sakinlər bölgədən çıxdıqdan sonra mahal əməliyyatları başlanacaq.


Müəllif: Samir