11 Mart 2018 21:35
3 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyindən Türkiyəyə uçan və İranda qəzaya uğrayan "Başaran holdinq"ə aid təyyarədə ölənlərin kimliyi bəlli olub.

Teleqraf.com xəbər verir ki, təyyarədəki 8 sərnişin Dubayda keçirilmiş "subaylığa son" partisindən dönən qızlar olub.

Onlar Hüseyin Başaranın qızı Mina Başaranla birlikdə "subaylığa son" şənliyində iştirak etmək üçün Dubaya gediblər.

Mina Başaran qəzadan saatlar öncə rəfiqələrilə birlikdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.

Mina Başaran 17 gün sonra subaylığa son qoyacaqdı. Toya min nəfərə yaxın qonaq dəvət olunmuşdu. O, otel biznesilə məşğul olan Evren Təkərlə nişanlı idi.

Qeyd edək ki, İranda qəzaya uğrayan Türkiyə təyyarəsində 3 heyət üzvü və 8 sərnişin olmaqla 11 nəfər ölüb.


Müəllif: Ayxan