12 Mart 2018 19:50
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib.

Bir neçə gün öncə Ankarada Milli Kitabxana Konfrans Zalında Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən təşkil olunan 2018-ci Beynəlxalq Avrasiya Xidmət Mükafatları mərasimi düzənlənib. Mükafatların təqdimetmə mərasimində Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, Makedoniyanın Dövlət naziri professor doktor Adnan Kahil, Prezident sözçüsü Yalçın Topçu, EkoAvrasiya İdarə Heyətinin sədri Hikmət Ərən, EkoAvrasiyanın sədr köməkçisi Kamal Kurnaz, azərbaycanlı iş adamı "Okuklu Holdinq"in rəhbəri Yılmaz Okuklu, Türkiyə Böyük Millət Məclisinin üzləri və bir çox ölkələrin Türkiyədəki səfirləri iştirak edib.

EkoAvrasiya İdarə Heyətinin sədri Hikmət Ərən Avrasiya İqtisadi Münasibətlər Dərnəyi (Ekoavrasiya), Türkiyə ilə Avrasiya ölkələri arasında yaxşı niyyət və dostluq mühitinin inkişafına töhfə verən və bu istiqamətdə ictimai fəallığı ilə fərqlənən şəxs, qurum və təşkilatlara veriləcək mükafatların müəyyənetmə prosesinin aylar öncə başladığını bildirib. "Avrasiya Xidmət Mükafatları"nı ənənəvi hala gətirməyi hədəf seçən, Türkiyənin beynəlxalq arenada təbliğatında özünəməxsus rolu olan dərnəyin rəhbəri bildirib ki, fəaliyyətini müstəqil davam etdirməkdə qərarlı olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi, Türkiyənin 2023-ci ildəki perspektivinə olan inamı ilə "Güclü və İstehsal Edən Türkiyə" yolunda layihələr həyata keçirdiklərini, bir sıra məruzə və kitablar nəşr etdirdiklərini bildirib.

Azərbaycanda uzun illər fəaliyyət göstərən iş adamı Yılmaz Okuklu da səmərəli fəaliyyətinə, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıqda yaxından iştirakına görə sözügedən təşkilat tərəfindən mükafatlandırılıb. Təqdimetmə mərasimində çıxış edən Yılmaz Okuklu istər Dağlıq Qarabağda, istər Türkiyənin ayrı-ayrı bölgələrində türk toplumuna qarşı sərgilənən haqsız mövqe, torpaqlarımıza edilən müdaxilələr türk toplumunu qaçılmaz bir haqq mücadiləsinə sövq edib.

"Okuklu Holdinq" olaraq “Zeytun dalı hərəkatına” sözlə, şüarla başlatdığımız dəstəyi maddi və mənəvi dəstəklə davam etdirəcəyik”, - Y. Okuklu deyə vurğulayıb.

Natiq əlavə edib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır:

“Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir”.

Mərasimdə Avrasiya iqtisadiyyatına töhfələrinə görə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Makedoniya Xarici İnvestisiyalar Üzrə Dövlət naziri Kahil, Kosova Parlamentindən Müfərra Şinik, Türkiyənin Kişinyovdakı səfiri Hulusi Kılıç, Beynəlxalq Türkiyə-Ukrayna İşadamları Dərnəyi (TUİD) ilə yanaşı, bir çox səfir, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatı nümayəndələri, jurnalist və sənətçi mükafata layiq görülüb./Axar.az/


Müəllif: Teleqraf.com