13 Mart 2018 23:13
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp bir müddət ğncə istefa verən baş iqtisadi məsləhətçisi Qari Conun yerinə keçmiş tele-aparıcı Larri Kudlovu gətirir.

Teleqraf.com xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən baş iqtsadçı məsləhətçi postuna Larri Kudlovun namiədliyini dəyərləndirdiyini qeyd edib.

"Kudlovu çoxdan tanıyıram. Hər şeydə eyni fikirdə deyilik, amma onun təyinatının yararlı olacağını düşünürəm. O, seçki vaxtı mən ən erkən dəstəkləyənlərdən biri oldu. O, çox istedadlı və yaxşı adamdır. Onun baş iqtisadçı məsləhətçi postuna təyin olunmaq ehtimalı yüksəkdir", deyə Tramp bildirib.

Sabiq prezident Ronald Reqan admininstrasiyasında iqtisadçı kimi çalışan və CNBC-də öz proqramını yaradan Kudlov "Vall Strit" jurnalının sahibidir.


Müəllif: Ayxan