14 Mart 2018 01:27
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Moskva ətrafında İŞİD tərəfdarlarının Suriya və İraqa göndərilməsi ilə məşğul olan etnik cinayətkar qrupunun 60 üzvünü saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilir.

Məlumata görə, cinayətkar qrup həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub.

Cinayətkarların beynəlxalq terror təşkilatlarının emissarları ilə əlaqəli olduğu müəyyənləşdirilib.


Müəllif: Teleqraf.com