14 Mart 2018 12:26
5 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan aprelin 9-da postunu tərk edəcək.

Teleqraf.com xəbər verir ki, bir çoxları Serj Sərkisyanın yeni hökumətdə mühüm vəzifələrdən birini tutacağını istisna etmir.
Ermənistanın “Past” nəşri bununla bağlı öz iddiasını səsləndirib. Nəşrin məlumatına görə, Sərkisyan yeni hökumətdə müdafiə naziri postuna təyin ediləcək:

“Buna baxmayaraq, Sərkisyan yeni hökumətdə əsas simalardan biri olacaq. Bu variant Ermənistan rəhbərliyində müzakirə edilir. Ancaq hələlik son qərarı vermək mümkün olmayıb”.

Qeyd edək ki, martın 2-də Ermənistan parlamentində keçirilən prezident seçkiləri zamanı Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sərkisyan qalib gəlib.


Müəllif: Samir