15 Mart 2018 17:35
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:14

Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il bu forumun əhəmiyyəti daha da artır.

Bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib.

V.Zatlers bildirib ki, forum getdikcə dünyada daha nüfuzlu platformaya çevrilir və burada aparılan müzakirələrin keyfiyyəti və iştirakçıların sayı artır.

Keçmiş prezident vurğulayıb ki, bu forum eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur.

O qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edirlər:

"Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib”.

"Dünyanın hər hansı ölkəsində milli azlığın olmaması, həmin ölkədə milli ayrı seçkiliyin olduğunu göstərir", - Zatlers deyib

***

Daha sonra çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç bildirib ki, bu mövzuda balansı tapmaq asan deyil.

“İndiki Serbiyaya və müharibə dövründəki Serbiyaya baxmaq yerinə düşərdi. Müharibə dövründə çoxlu sayda insan ölmüşdü. Indi də ideal cəmiyyət qurulmayıb. Amma problemlər bir qədər həll olunub". M.İvaniç vurğulayıb ki, dövlətlərin üzləşdiyi problemləri həll etmək üçün müxtəlif alətləri işə salmaq lazımdır. O vurğulayıb ki, kiçik etnik qrupların öz kimliklərini qoruyub saxlaması üçün ortaq məxrəcə gəlmək lazımdır. Bunun üçü güzəştə gedən liderlər lazımdır: " Lakin liderlər sərt olmasa seçkidə uduzur. Ona görə də bu suallara cavab verməkdə çətinlik çəkirəm". İvaniç əlavə edib ki, bəzi dövlətlərdə 150 deputatın yalnız ikisi kiçik etnik qruplardandırsa, bu formal xarakter daşıyır?

***

Bu gün Azərbaycanın ərazisinin 80 yox, 100 faizinə nəzarət etmək hüququ var. Bu xalqların öz taleyini idarə etmək hüququ ilə bağlıdır.

Bu sözləri Bolqarıstanın sabiq prezidenti Rosen Pnevneliev VI Qlobal Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, xalqların taleyini idarə etməsi dayanıqlı sülhlə bağlı məsələdir.

“Silahdan atəş açmaq nə qədər asandırsa, müharibəyə son qoymaq o qədər çətindir. BMT-nin statistikası dünyada qaçqınların artıdığnı deyir. ABŞ prezdneti kiçik qruplarına gücünü göstərməsi, müsəlman öılkələrindən olanlara terror təhlükəsini bəhanə edərək viza verməməsi doğrudurmu? Üstəlik terror aktları yalnız müsəlmanlar törətmir. Mənim ölkəmdə avropa vətəndaşlarının terror törətməsi nümunələri var. Mənim ölkəmdə 300 məscid var.Prezident olduğum dövrdə iftar süfrəsi təşkil etmişdim, bununla fərx edirəm. Bolqarıstandan sovet dövründə 300 mindən çox müsəlman çıxarılıb. Yüz minlərlə əhali yerini dəyişməli olub. Hesab edirəm ki, sülh bizim ortaq anlayışımız olmalıdır”.


Müəllif: Teleqraf.com