15 Mart 2018 15:54
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI Qlobal Bakı Forumu çərçivəsində Avropa Parlamentinin sabiq vitse-spikeri Rodi Krastanın moderatorluğu ilə panel iclası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, R. Krasta panelin artan güclərin dünyadakı münasibətlərə necə təsir etməsinə həsr olunduğunu bildirib:

O vurğulaylb ki, ABŞ geosiyasi sahələrdə rolunu dəyişir.

"Çinin iqtisadi inkişafı diqqətə layiqdir. İran sübut etdi ki, Orta Şərqdə sülhü bərqərar etməyə hazırdır". Panel iclasını çıxışı ilə Rumıniyanın baş nazirinin müavini Ana Birçal davam etdirib. O, Avropa İttifaqının qlobal məsələlərdə rolundan danışıb:" Əgər idarəetmə zəif olarsa populizm üzə çıxır. Mövcud kontekstdə Avropa İttifaqının n güclərin birləşdiyi mərkəz kimi görürük. Avropa İttifaqı qanunlara əsaslanan sistem qurmalıdır. AI çalışır ki, bütün qaydalara riayət etsin". Birçal əlavə edib ki, beynəlxalq və regional təşkilatlarda Avropa İttifaqı öz tərəfdaşları ilə birgə hərəkət edir:" Hesab edirəm ki, biz müsbət təsirlərə açıq olmalıyıq".
O qeyd edib ki, Rumıniya Aİ-Azərbaycan münasibətlərinin inkişafını daim dəstəkləyəcək.


Müəllif: Gülxar