15 Mart 2018 17:59
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə mədəniyyət mərkəzində təşkil olunmuş tədbirdə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışında türk dilinin təhlükə altında olduğunu bildirib:

“Türkcə dünyanın ən qədim dillərindən biridir. Osmanlı türkcəsinin məktəblərdə tədrisi çox vacibdir. Dilimiz yeni bir təhlükə ilə üz-üzədir. İnternet başda olmaqla gənc nəsillərin təsiri ilə türk dili pozulmaq üzrədir. Əcnəbi dillərdəki sözlərin türkcəyə daxil olması böyük təhlükədir. Buradan xalqımıza səslənirəm və tövsiyə edirəm ki, üzərində türkcədən başqa dildə yazılan lövhələr dəyişdirilsin”.


Müəllif: Samir