16 Mart 2018 00:29
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusuna aid hərbçilər və hökumət yönümlü birləşmələrin üzvləri qadın, kişi və uşaqları istismar edib və onları zorlayıblar.

Teleqraf.com xəbər verir ki, BMT-nin müstəqil ekspertlərinin hesabatında belə deyilir.

29 səhifəlik hesabatda Suriyada 7 illik müharibə ərzində törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdən söz açılır. Sənədin tərtib olunmasında zərərçəkənlər, qurbanların yaxınları, şahidlər, vəkillər və tibb işçilərindən götürülmüş 454 müsahibədən istifadə olunub.

Sənədə görə, suriyalı hərbçilər münaqişənin erkən mərhələlərində kənd və qəsəbələrdə aparılan axtarışlar və quru əməliyyatlar zamanı, həmçinin həbsxanalarda və nəzarət buraxılış məntəqələrində hər iki cinsdən olan dinc sakinləri zorlayıblar.

Ən kiçik cinsi zorakılıq qurbanının doqquz yaşı olub.

Hələb, Dəra, Homs, Həma, o cümlədən Dəməşqin şəhərkənarında qeydə alınan zorlamalarda yüksək çinli zabitlərin də iştirak etdiyi bildirilir.


Müəllif: Teleqraf.com