8 Avqust 2014 12:25
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədən Azərbaycana həyata keçirilən aviareyslər təxirə düşməyib"

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Hava Limanının məlumat bürosundan bildirilib ki, Türkiyədəki əlverişsiz hava şəraiti ilə bağlı Azərbaycana səfərlərdə gecikmələr olub:

"Aviareyslərdə hardasa 1-2 saatlıq gecikmə olub. Bu gecikmələr dünəndən başlayıb".

Qeyd edək ki, dünən Türkiyədə intensiv yağan yağış İstanbulun Atatürk və Sabiha Gökçen Hava Limanınlarında bütün reyslərin ləğv olunmasına səbəb olub. Belə ki, bir gündə 64 reysin uçuşu təxirə salınıb.

Bu gün hava nisbtən düzəlsə də, uçuşlar tam bərpa edilməyib.

/anspress/


Müəllif: